Menu

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanılıb

10.08.2022, 12:42
Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanılıb

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı bəzi xəbər saytlarında məlumatlar yayılıb:

"Valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən, 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib, onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib".

Şərhlər

Elxan 2022-08-10 13:27:50

Mən sizin sayt vasitəsi ilə MTX-nin rəisi Əli Nağıyevə müraciət edirəm:Cənab general,ölkəmizin milli təhlükəsizliyinə böyük təhdid olan farsbaşların fəaliyyətini ciddi nəzarətiniz altına alınmasını,dini xurafatı Azərbaycanda məqsədli yayaraq,gənclərimizin və körpələrimizin beynini zəhərləyənləri qanunun bütün sərt tərəfləri ilə cəzalandırmağınızı xahiş edirəm

t.ədalət 2022-08-10 13:13:49

İnsanları inanclarına görə,ancaq müstəmləkə ölkələriondə təhdid edirlər.Müsəlmanın balası müsəlman olmalıdır.Onu zorla xürrəmi etmək olmaz.Sadəcə,hökumət dindən ziyanlı məqsədlə istifadə edənləri cəzalandırmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol