Xəbər verdiyimiz kimi bu gün noyabrın 9-da Milli Şura növbəti mitinqini keçirəcək. Hafta.az-ın məlumatına görə, aksiya saat 15:00-da İnşaatçılar metrosunun yaxınlığındakı “Məhsul” stadionunda baş tutacaq. Etibarlı mənbələrdən aldığımız məlumatlara əsasən, mitinqdə Milli Şura tərəfdarları ilə İslam partiyası üzvləri də iştirak edəcək. Nardaran Ağsaqqallar Şurasının idarə heyətinin də bugünkü aksiya tribunasına çıxacağı gözlənilir.
Xatırladaq ki, Milli Şuranın mitinqi 10 noyabra planlaşdırılsa da, sonradan Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən 9 Noyabra dəyişdirilib.
BHİŞ bunu Milli Şuranın aksiya keçirməklə bağlı üç ayrı-ayı gün qeyd edilmiş ərizələri əlaqələndirib. Bildirilib ki, MŞ 9,10 və 16 noyabr tarixlərində mitinq keçirməklə bağlı Bakı Meriyasına icazə ərizəsi təqdim edib. BHİŞ də bunlardan bir tarixi əsas götürərək 9 noyabrda mitinq keçirilməsinə razılıq verib.


Şərhlər