Menu

"AZAL-ın QİYMƏTLƏRİ UTANCVERİCİDİR" - "Ölkədə bütün sahələrdə islahatlar gedir, amma növbə AZAL-a çatmayıb"

11.08.2022, 20:31
"AZAL-ın QİYMƏTLƏRİ UTANCVERİCİDİR" - "Ölkədə bütün sahələrdə islahatlar gedir, amma növbə AZAL-a çatmayıb"

“Ötən gün Bakı hava limanında elektrik enerjisinin verilişində uzun müddət fasilə yaranması xoşagələn hal deyil. Hesab edirəm ki, hava limanının fors-major hallar üçün mütləq ehtiyat variantı olmalı idi”.

Bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bakupost.az-a açıqlamasında deyib. 

Ç.Qənizadə AZAL-ın fəaliyyətilə bağlı məsələyə də diqqət çəkib:

“AZAL-ın təyyarələri çox gözəl xidmət göstərir. Lakin məsələnin başqa bir tərəfi var. Bir neçə saatlıq uçuş zamanı yüksək xidmət göstərib qiymətləri həddindən çox baha etmək qəbulolunan deyil. Quru sərhədlərimizin bağlı olduğu bir vaxtda insanlar məcburən, büdcələrinə qənaət edərək, ölkə xaricinə getmək üçün biletləri çox baha qiymətə alırlar. Bu gün AZAL-ın biletləri digər hava yollarının biletlərindən qat-qat yüksəkdir. Hətta Türk Hava Yollarında uçuş qiymətinin AZAL ilə bərabər olması, eyni zamanda THY-nın AZAL ilə müştərək reysləri şübhə yaradır. Necə ola bilər ki, müstəqil olan THY AZAL ilə müştərək uçuş həyata keçirir? Burada qiymətlərin diqtə olunmasından söhbət gedir”.

Komitə sədri hesab edir ki, AZAL monopolist təşkilatdır:

“Digər hava yollarının Azərbaycanda xidmət təklif etməsi ilə bağlı çətinliklər AZAL-ın monopoliyası ilə bağlıdır. Bu baxımdan hesab edirəm ki, AZAL-da islahatlar getməlidir. Ölkədə bütün sahələrdə islahatlar gedir, amma növbə AZAL-a çatmayıb. Əminəm ki, AZAL-da islahatlar başlasa, bu qurumda baş verən çatışmazlıqlar aradan qaldırılsa, insanların AZAL-a münasibəti dəyişəcək. AZAL yüksək xidmət göstərməyə borcludur. Eyni zamanda qiymətlərin yüksək olması da yolverilməzdir. Qonşu ölkələrin hava yolları şirkətlərinə baxanda bu, utancvericidir”.

Şərhlər

dadaşyev 2022-08-12 15:29:02

Kadrlar elektron kimidirlər,nüvə ətrafında dönərlər.Amma elektronlardan biri sərbəst olurmuş hər atomda,ərköyün elektron yəni.Kefi istəyəndə dönər fırlanar,kefi istəməyəndə o biri atomlara tərəf gedər.Elektrik cərəyanını da deyilənə görə bax o sərbəst,yəni bir boşqab artıq yeyən elektronlar yaradırmış.Vaxtilə belə sərbəst kadr-elektronlardan ən sözü keçəni Ziya Məmmədov idi.Qubada o boyda haqlı etirazlar oldu,güc nazirlikləri,baş nazir qaldı bir tərəfə,bu getdi,nəqliyyat naziri yəni.Niyə? Çünki o kurirovat edirmiş respublikanın şimalındakı beş rayonu.Allah Allah!İndi o çoxdan dəvədən endirilib,yerinə bu sərbəst elektron mindirilib.Haralarısa kurirovat eləmir,çünki bir tək AZAL-ı kurirovat eləsə bəsidi.Yollar bağlı qaldıqca yəni.İkinci sərbəst elektrona,yəni İkinci İkinci Buruxdana eşq olsun.Bəs niyə İkinci İkinci Buruxdan?Çünki Birinci İkinci Buruxdan Ziya idi.Madam ki Birinci İkinci Buruxdan bundan qabaq olub,demək məntiqlə bu İkinci İkinci Buruxdandı.Belə.Aəə Ağəli,nağarırsan qardaş,oradan bir çay da gəti.

Eli 2022-08-12 01:27:06

Deyilene göre bu adam günde 2 kiloqram qoz yeyir ons göre de heç kimi yediyi 2 kq qoza da saymır ve düz de edir,çğnkü bu ölkede kimse ona gözün üstünde qsşın var deye bilmir ki bu serbest bir “Personadır” ki bu ölkede heçkime tabe deyil.

Vüqar 2022-08-12 00:17:25

Raziyam. Başqa ölkələrdəki bilet qiymətlərini görəndə şok olursan.

Said 2022-08-11 21:49:56

... Quru sərhədlər bağlı olduğuna görə məktəblilər və 2 yaşdan yuxarı uşaqlar 140 avroya bilet alıblar!!!!

Cavanşir 2022-08-11 21:41:06

Azərbaycan turizm infrastrukturuna görə Gürcüstandan qabaqda olsa da, Azərbaycana gələn real turist sayı (qonşu ölkələrin vətəndaşları olan Azərbaycanlıların turist kimi qeydiyyata alınmasını çıxmaqla) Gürcüstana gələn turist sayından 3-4 dəfə azdır və bunun da əsas günahkarı AZAL.dır. Bu dövləti və onun vətəndaşını soyan, dövləti və onun vətəndaşını milyonlarla zərər verən quruma nə vaxt növbə çatacaq?

dadaşyev 2022-08-11 18:41:31

Aaaa! Möhtərəm deputatlarımız iki ay əvvəl AZAL-dan danışmağa başlayan kimi maaşlarını xeyli qaldırdılar,indi yenə başlanır deyəsən.Əlbət maaşlarının bir az da qaldırılması arzusundadırlar.Yönünü tapıblar yəni.

Cahangir 2022-08-11 16:49:49

Yaxşı olar Azalda islahat olmasın,
yoxsa qiymətlər cabbar sürəti ilə daha da bahalaşacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol