Menu

İŞİD-çiləri zəhərlədilər

09.11.2014, 15:24
İŞİD-çiləri zəhərlədilər

İŞİD terror qruplaşmasının üzvlərini qidalarına zəhər qatıb öldürüblər.

ANS PRESS-in məlumatına görə, Azad Suriya Ordusunun üsyançı üzvlərindən bir neçəsi İŞİD terror qruplaşmasının düşərgəsinə daxil olub.

Aşpaz qılığında qruplaşmanın içərisinə girən ASO-lular İŞİD-çilərə nahar hazırlanarkən yeməklərinə zəhər əlavə ediblər.

Zəhərlənmə nəticəsində 30-a yaxın terrorçunun halı pisləşib. Onlardan 12-si elə oradaca keçinib. 16 İŞİD-çi isə yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb.

Sözügedən düşərgədə mindən artıq silahlının olduğu güman edilir.

Qeyd edək ki, ötən ay da analoji hadisə baş vermişdi. Həmin vaxt isə onlarla İŞİD-çi qəbul etdiyi qidadan zəhərlənmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol