Rusiya Kerç körpüsünü qeyri-qanuni tikib və hazırda onu Ukranaya qarşı istifadə edir.
Bu barədə Krım-tatar Xalq Məclisinin başçısı Refat Çubarov «Svoboda Live» proqramının efirindən bəyan edib.
Beləliklə o, Novofyodorovkadakı Rusiya hərbi aerodromunda (Saki, Krım, 9 avqust) baş vermiş partlayışları şəhr edib.
Bundan sonra sosial şəbəkələrdə Ukrayna tərəfdən Kerç körpüsünə zərbə endirməyin qaçılmazlığı müzakirəsi başlanıb.
Çubarov buna işarə edib ki, körpü Rusiya texnikası və ordusunun adaya daşınması üçün başlıca kommunikasiya kanalıdır.

«Bütün mülahizələrdən dolayı - bu, bizim ərazimizdir, bu hövzə dəniz hüququna görə bizim əraziyə söykənir. Bu körpü qeyri-qanuni tikilib və hazırda ukraynalı insanların və Ukrayna dövlətinin məhvi məqsədilə istifadə olunur. Ona görə də mən hesab edirəm ki, Allah da buna işarə edir, belə obyekt mümkün qədər tezliklə məhv edilməlidir» - Məclis başçısı deyib.
Eyni zamanda, belə zərbənin imkanları barədə danışan Çubarov qeyd edib ki, hərbçilər nə etdiklərini bilirlər və bilirlər ki, insanlar bu zərbəni gözləyirlər.
«Amma bu, artıq sadəcə zınqırov yox, təkcə kolonistlər üçün yox, Krıma köçmüş rusiyalılar üçün, işğalçılar üçün, bütün Rusiya cəmiyyəti üçün nabat olacaq» - Çubarov fikrinə yekun vurub.
AzPolitika.info


Şərhlər
Dəyərli Aşsaqqal rifah və dostluq naminə qurulanı boşuna məəhv ən şüursuz cinayətdir? Qara dəniz sahillərini gəzəndə mən rus(aparıcı) giddən soranda ki, port və abidələrdə ərəbcə nə yazılıb? O. mənə bildirdi ki, bu ərəbcə deyil, türkcədir və bu sahillərdə fransızdan rusa qədər bütün abidə və tərsanələri onlar yaradıblar.
Çubarov hamısını düppədüz deyib. Allah eşitsin onu.