“KREMLİ SARI-MAVİ RƏNGƏ BOYAYIN...” – Strelkov Rusiya rəhbərliyini ələ salır

“Rusiya hərbi strategiyasının Ukraynadakı çöküşü göz önündədir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan və terrorçu kimi beynəlxalq axtarışa verilən İqor Strelkov (Qirkin) son açıqlamasında bildirib.

O, qeyd edib ki, Rusiyanın Ukraynadakı “xüsusi əməliyyat”ının 3-cü mərhələsi ikinci mərhələdən də uğursuz alınıb. Belə ki, bu mərhələdə cəbhə xəttinə yaxın bir neçə kənddən başqa Rusiya ordusu heç nə əldə edə bilməyib: “11 sentyabra qədər (Rusiya həmin tarixdə işğal olunmuş ərazilərdə referendum keçirmək istəyir-red.) nə bütövlükdə “dnr”-in ərazisini, nə də heç olmasa, Slavyanskı “azad etmək” mümkün olmayacaq. Məsələ belə duracaq ki, əldə olan qüvvələrlə nəzarətimizdəki əraziləri necə qoruyaq”

Qirkin deyib ki, artıq Müdafiə naziri Sergey Şoyqunun istefasını və “gerçəkdən ciddi savaşmağa başlamağı” tələb etmir. Strelkov əvəzində Rusiya hərbi-siyasi rəhbərliyini ələ salaraq, üç təkliflə çıxış edib: “Bütün “Siyasi Büro”nu güllələmək, Kremli sarı-mavi (Ukrayna bayrağının rəngləri-red.) rəngə boyamaq, yoxlanılmış strategiyanı reallaşdırmaq – Moskva və Stalinqrada qədər geri çəkilmək...”

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2022-08-15 12:30:59

Elə yaxın gələcəkdə belədə olacaq İnşallah.Rus köpəkləri rusiyanı moskovya deməyə adət etməlidirlər.

Son yazılar