Menu

Deputat qazilərlə görüş keçirib - FOTOLAR

13.08.2022, 17:39
Deputat qazilərlə görüş keçirib - FOTOLAR

Millət vəkili Etibar Əliyev bir qrup Vətən müharibəsi qazisi ilə görüş keçirib.

Bu barədə deputat özü sosial şəbəkədə məlumat paylaşıb.

“Bu gün 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədə böyük şücaət göstərmiş qazi qardaşlarımla növbəti dəfə görüşdüm. Nahar süfrəsi ətrafında səmimi söhbət etdik, səhətlərindəki son durum, müharibədən sonra keçdikləri bərpa prosesi və digər qayğıları ilə maraqlandım.

Görüşdə Birinci Qarabağ müharibəsinin qazisi, Vətən müharibəsində şəhid olmuş İsabala Hüseynovun atası Ceyhun qardaşım da iştirak edirdi.

Qazilərimiz dövlət tərəfindən, xüsusi olaraq Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan xeyli məmnun qaldıqlarını bildirdilər.

Sonda qazilərimizin hər birinə müəllifi olduğum "Yeni təhsil, tərbiyə və elm antologiyası" kitabımı hədiyyə etdim.

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan can sağlığı arzulayıram”, - E.Əliyev yazıb.

“AzPolitika”












Şərhlər

korrektor 2022-08-13 20:41:13

deputatların qazilərlə bu görüşlərini alqışlayirıq və təqdir edirik!

t.ədalət 2022-08-13 18:37:48

Qazilərlə görüş təqdir olunasıdır.Ancaq daha yaxşısı qaziləri dövlətin cərimə təqiblərindən qurtarmaq lazımdır.Yol hərəkəti qaydalarına görə cərimələrdən hamı zinhara gəlib.Bəyənmədiyimiz sovet vaxtı müharibə veteranlarından cərimə alınmırdı.Onların vəsiqələrinin surəti tələb olunurdu.İndi ağına-bozuna baxmadan hamını büdcə probleminin yaratdığı cərimə ilə yükləyirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol