Menu

İrəvan Metropoliteni işini dayandırıb

14.08.2022, 18:14
İrəvan Metropoliteni işini dayandırıb

İrəvan Metropoliteni işini dayandırıb.

APA-nın "armeniasputnik.am”-a istinadən verdiyi xəbərə görə, bütün metro stansiyalarının minalanması ilə bağlı xəbərin daxil olması ilə əlaqədar metronun hərəkəti dayandırılıb.

Hazırda sərnişinlər evakuasiya edilir.

Qeyd edək ki, bundan əvvəl avqustun 2-də bütün metro stansiyalarının minalanması ilə bağlı xəbərlə əlaqədar İrəvan Metropoliteninin işi dayandırılıb. Ancaq yoxlamalar zamanı bu, təsdiqini tapmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol