Menu

“Qəbələ” Premyer Liqada ikinci qələbəsini qazandı – VİDEO

14.08.2022, 21:24
“Qəbələ” Premyer Liqada ikinci qələbəsini qazandı – VİDEO

Azərbaycan Premyer Liqasında II tur davam edir. Günün ilk oyununda “Qəbələ” “Şamaxı”nı qəbul edib.

Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2-ci qələbəsini qazanan “Qəbələ” xallarını 6-ya çatdıraraq, 2-ci pilləyə yüksəlib. Lider “Sabah”la 3-cü sıradakı “Qarabağ” da eyni xala malikdir.

Xalı olmayan “Şamaxı” isə 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sabah” səfərdə “Zirə”ni 3:1, “Qarabağ” “Sumqayıt”ı 2:0, “Turan Tovuz” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol