"Nəzəri olaraq Ukrayna Silahlı Qüvvələri rusların Qara dənizdəki donanmasını Krım yaxınlığında batıra bilər, ancaq praktiki olaraq bu mümkün deyil".
"AzPolitika.info" xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov "YouTube" kanalından etdiyi paylaşımda deyib.
Ekspert bildirib ki, Rusiya hərbi donanmasını Ukrayna silahlarının atəş məsafəsindən maksimum uzaq məsafədə saxlamağa çalışır: "Ukrayna ordusunun istifadəsində 300 km-ə qədər dəqiq atəş aça bilən "Neptun" və 200 km-ə qədər uçuş məsafəsi olan "Harpun" raketləri mövcuddur. Ancaq Rusiyanın "Qara dəniz" donanması 300 km-dən uzaq məsaəfədə, neytral sularda yerləşir".
"Ukrayna ordusunun rus donanmasını aviasiya hücumlarıyla da məhv etməsi mümkün deyil. Çünki işğal olunmuş Krımda hava hücumundan müdafiə sistemləri var və gəmilər bu mühafizə zonasından kənara çıxmırlar", - deyə ekspert bildirib.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyi bildirmişdi ki, Rusiya Qara dənizdəki donanmasının məhv olmağını istəmirsə, Krımı tərk etməlidir. Departamentdən vurğulanmışdı ki, Ukrayna fürsət düşən kimi Qara dənizdəki rus hərbi donanmasına məhv edəcək.
"AzPolitika.info"


Şərhlər