Menu

İrəvandakı partlayışda terror ehtimalı istisna olunub

15.08.2022, 12:46
İrəvandakı partlayışda terror ehtimalı istisna olunub

İrəvanın “Surmalu” topdan satış bazarındakı partlayışda terror ehtimalı istisna olunur.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan fövqəladə hallar naziri Armen Pambuxçyan açıqlama verib.

Hazırda ərazidəki yanğının lokallaşdırıldığı, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilir.

Xatırladaq ki, “Surmalu” bazarındakı partlayış və yanğın zamanı azı 6 nəfər ölüb, 16 nəfər itkin düşüb və 61 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol