Menu

Kəmaləddin Heydərovun işdən çıxardığı generala gömrükdə yüksək vəzifə verildi

15.08.2022, 19:54
Kəmaləddin Heydərovun işdən çıxardığı generala gömrükdə yüksək vəzifə verildi

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə yeni rəhbər təyin olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” Birliyinin direktor vəzifəsinin müvəqqəti icrası general-mayor Kənan Aşurluya tapşırılıb.

Qeyd edək ki, Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, 51 yaşlı K.Aşurlu Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır.

Şərhlər

Cəmşid Dərələyəzli 2022-08-16 08:29:24

Sadəcə biyabırçılıqdı. Sanki Ölkədə kadr çatışmır. İndiki vəziyyətdə sadəcə şəbəkələşmiş ve qeyri milli məmur ordusu üskük oynamaqla meşquldurlar. Ferq etmir təzədir, yoxsa köhənıdir. Ona görə də Ölkə Başçısının bu yöndə qarşıya qoyduğu hədəflərə ulaşmaq sadəcə zaman alır.

TT 2022-08-16 03:22:00

Dûzelen ish deyil ))))

Türk 2022-08-15 21:42:02

Axırda gətirib Eldar Mahmudova da iş verəcəklər. Yerdəyişmə qanunu...................

Mahir 2022-08-15 16:17:39

Как раз gömrükdə. "уangın" baş verdiyindən пожарны порядкада gömrüyə уanğınsondürən (ən azı general, həm də mənz " böyük torpaqdan olmalı idi) tapıb gömrüyə dürtüşdürülməli idi ki, onu da yetirdi hələ qəttəzə gömrük başqanımız Şahin Bagırov müəllim. Və bu təyinatı ilə Çooox Hörmətdir Şahin müəllim gömrüyünün gələcəyinə dair suallarımızı üzərinə projektor fason işıq saldı....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol