İrəvanda partlayışda itkin düşənlərlə bağlı son məlumat açıqlanıb

Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, onlar Qaqik Karapetyan, Vanik Əmirxanyandır.

Fövqəladə Hallar Nazirliyinin rəhbəri Armen Pambuxçyanın sözlərinə görə, ölənlərin sayı dəyişməzdir - 16 nəfər, onlardan 15-nin şəxsiyyəti müəyyən edilib.

"Əgər sonuncunun (mərhumun) şəxsiyyəti müəyyən olunsa, bir nəfər itkin düşmüş hesab olunacaq", - o, jurnalistlərə bildirib.

Pambuxçyan qeyd edib ki, itkin düşdüyü bildirilən Rusiya vətəndaşının yaxınları onunla əlaqə saxlayıb və məlum olub ki, həmin şəxs əməliyyat olunub və xəstəxanadadır.

“Surmalu” ticarət mərkəzində partlayış avqustun 14-də saat 13.23-də baş verib, sonra yanğın başlayıb. İlkin məlumata görə, pirotexniki vasitələr olan anbar partlayıb, nəticədə 2,8 min kvadratmetrdən çox sahəsi olan üçmərtəbəli bina qismən dağılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 16 nəfər ölüb, 2 nəfər itkin düşüb. Hadisə zamanı paytaxtın müxtəlif tibb mərkəzlərinə yerləşdirilən uşaqlar da daxil olmaqla ümumilikdə 62 nəfər xəsarət alıb. Çərşənbə axşamı gününə olan məlumata görə, hazırda 7 yaralı xəstəxanadadır, qalanlarına tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Avqustun 17-18-də Ermənistanda matəm elan edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar