Menu

Krımda Ukraynaya azarkeşlik edən barın didceyi həbs olunub

17.08.2022, 11:08
Krımda Ukraynaya azarkeşlik edən barın didceyi həbs olunub

Avqustun 15-də xəbər vermişdik ki, Krım barlarından birinin rəhbəri Ukraynaya azarkeşlik edir. Рusiyalı təbliğatçı Oleq Kaşin «Feysbuk» səhifəsində bu barədə xəbər vermişdi.

Onun yazdığına görə. işğal olunmuş Krımın Şyolkino şəhərində «Krab» karaoke-barında Ukrayna silahlı qüvvələrini dəstəkləmək istiqamətində Ukrayna mahnıları ifa edirlər.

O, bildirmişdi ki, barın didceyi (müştərilərə musiqi xidməti təşkil edən şəxs) qatı ukraynayönlü subyektdir və o, rus mahnıları səsləndirmək istəmir.

Bir gün sonra - avqustun 16-da yayılan xəbərlərə görə, artıq sözügedən barın didceyini işğal zonasında fəaliyyət göstərən Rusiya məhkəməsi həbs edib.

Bu barədə «Krım reallıqları» nəşri yazıb. Nəşrin yazdığına görə, guya didcey barın proyektorunda «nasist rəmzləri» nümayiş etdirib. Xəbərə görə, məhkəmə iclasında didcey «öz günahını» qismən etiraf edib - məhkəmənin qərarına görə, onun «günahı» işlədiyi barda Ukrayna mahnısı səsləndirməkdən ibarət olub, guya ki, Ukrayna ərazisi olan, amma Rusiya tərəfindən işğal olunmuş Krımda Ukrayna mahnısı səsləndirmək qəbahət imiş və Kreml diktatoru Putinin xoşuna gəlmirmiş. Məhz belə qatı şovinist siyasətinə görə, bütün demokratik dünya Rusiyadan üz çevirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol