Rusiya ordusunun komandanlığı nədən bərk qorxur? – “Bu, onlar üçün ölümdür”

Rusiya ordusunun komandanlığı müdafiəyə keçməkdən faciəvi şəkildə qorxur.

Bu mövqeni hərbi ekspert Oleq Jdanov səsləndirib.

«Rusiya ordusunun dayanıqlığı böyük məsələdir. Rusiyalı əsgər Ukraynanın Xersonu uğrunda ölməyə hazırdırmı? Rusiyalı komandanlıq müdafiəyə keçməkdən faciəvi şəkildə qorxur. Onlar anlayırlar ki, müdafiə onlar üçün ölümdür. Nə qədər ki, onlar hücum edirlər, zəbt edirlər və talan edirlər, hansısa stimul var, irəli getmək ideyası var… Amma onlar müdafiəyə oturan kimi, Rusiya ordusunda ümumiyyətlə, istənilən motiv itirilir» - o, qeyd edib.

«Əgər onlar bizim torpaq uğrunda ölməyə hazırdırlarsa, deməli onlar müdafiə olunacaqlar… Amma əgər hazır deyillərsə, o zaman onlar sadəcə geri çəkiləcəklər. Belə nümunələri biz artıq görmüşük» - Jdanov əlavə edib.

Xatırladırıq, bundan əvvəl xəbər verilmişdi ki, Rusiyanın hərbi komandanlığı Xersondan qaçır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar