Ukraynaya qarşı vuruşan Rusiya ordusunun əsgər sayı açıqlandı

Rusiya rəhbərliyi haz;rda Ukraynailə müharibə üçün 115 taktiki-batalyonqrupları toplayıb. Bu, 135 minə yaxın insan deməkdir, amma onların hamısı peşəkar döyüşçü deyil.

Bu məlumatı Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib. («UNİAN»).

Onun sözlərinə görə, Rusiya Federasiyasının topladığı 115 taktiki-batalyon qrupunun 105-i cəbhədə fəaliyyət göstərir.

“Bu, hərbi ölçülərlə 135 min adam deməkdir. Amma bir daha təkrar etmək lazımdır, bu, artıq «kokteyl»dir. Orada muzdlular, psevdohərbçilər, müvəqqəti işğal olunmuş ərazilərdən səfərbərliyə alınmış tələbələr, “Rosqvardiyaçılar da və daha kimlər var. Üstəgəl, peşəkar hərbçilər də» - Reznikov xəbər verib.

Müdafiə naziri həm də bəyan edib ki, Rusiya indi qarantiyalı şəkildə «dünyanın ikinci ordusuna» malik deyil. Işğalçılar hətta döyüşlərdə köhnəlmiş sovet texnikasını tətbiq etməyə başlayıblar.

“Rusiya ordusu artıq dünyanın ikinci ordusu deyil. Bəli, say hesabı ilə onlar böyükdürlər. Onların anbarlarda və arsenalda çoxlu resursları var. Amma onların rusrsları köhnədir. Onlar hətta Ukraynaya T-62 tankları daşıyırlar» - Reznikov əlavə edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar