TOKAYEV AZƏRBAYCANA NİYƏ GƏLİR? – “Bakıda mühüm sənədlər imzalanacaq"

Tokayev Qazaxıstanın Rusiya və Çindən asılılığını azaltmağa çalışır

Qazaxıstan prezidenti Kasım Jomərt Tokayev avqustun 24-də Azərbaycana səfər edəcək. Rəsmi məlumata görə, Bakıda prezidentlərin və nümayəndə heyətlərinin iştirakı ilə ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

Tokayevin rəsmi səfərini "AzPolitika.info"ya şərh edən politoloq Elxan Şahinoğlu bildirirb ki, Qazaxıstan prezidenti iki ölkə arasında siyasi və iqtisadi əlaqələri genişləndirmək və Azərbaycanla yeni ticarət sazişi imzalamaq istəyir.

Ekspert əlavə edib ki, hər iki ölkənin hökuməti ticarət sazişinin yekun variantını hazırlayıblar: "Sazişə görə, ticarətin artırılması üçün Azərbaycan və Qazaxıstan şirkətlərinə münbit şərait yaradılacaq. Sənəddə sahibkarlıqla, investisiyalarla bağlı bəndlər də var. Bundan başqa Qazaxıstan Azərbaycan – Bakı-Tbilisi-Ceyhan boru xətti üzərindən dünya bazarlarına daha çox neft nəql etmək istəyir. Bakıda bununla bağlı da müzakirələr aparılacaq.

Rusiya Qazaxıstan neftinin şimal marşrutu ilə nəqlinə manelər yaradıb. Buna baxmayaraq, Kreml Qazaxıstan neftinin Xəzər və Azərbaycan üzərindən də dünya bazarlarına daşınmasını istəmir. Qazaxıstanın “Kazmunayqaz” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə danışıqları davam etdirir. Qazaxıstan il ərzində Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə 1.5 milyon tonn neft nəql etmək istəyir. Azərbaycan buna razıdır. Bu razılaşma Azərbaycanın bölgədə rolunu daha da artıracaq, öz növbəsində Qazaxıstanı Rusiyanın neft nəqlindən asılılığını azaldacaq.Qazaxıstan neftin nəqlini şaxələndirmək istəyir. Çünki Qazaxıstan yalnız Rusiyadan keçən boru xəttindən asılı olmaq istəmir.

Qazaxıstan Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dəstəkləmir, Donbas separatçılarını tanımır, bunu Tokayev rusiyalı həmkarı Vladimir Putinə də deyib. Bu Putinin xoşuna gəlmədiyinə, görə Qazaxıstan neftinin nəqlinə maneə yaradıblar. Qazaxıstan Xəzərdəki limanlarının genişləndirilməsinə başlayıb ki, tankerlərlə Bakı-Tbilisi-Ceyhan boru xəttinə daha çox neft nəql edə bilsin. Qazaxıstan-Çin iqtisadi əlaqələrində də problemlər mövcuddur".

Politoloq xatırladır ki, ötən ilin sentyabr ayrında Çin Qazaxıstan mallarının idxalına və ixracına ciddi maneələr yaratmışdı. Onun sözlərinə görə, nəticədə Qazaxıstan istisadiyyatına mənfi təsirlər oldu.

"Bu baxımdan Qazaxıstan idxal və ixrac əməliyyatlarını da şaxələndirmək istəyir, Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanlarını nəzərdən keçirir. Qazaxıstan həm Bakı-Tbilisi-Qars dəmir yolundaa məhsullarının ixracını artırmaqla yanaşı gələcəkdə Zəngəzur dəhlizinin imkanlarından da istifadə etməyi planlaşdırır", - E.Şahinoğlu vurğulayıb.

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar