Krım yarımadasındakı Baxçasaray şəhərində partlayış səsləri eşidilib. Bu barədə UNIAN məlumat yayıb.

Yaxınlıqdakı aerodrom ərazisində havada tüstünün müşahidə olunduğu bildirilib.

Qeyd edək ki, bu, gün ərzində Krım ərazisində qeydə alınan üçüncü partlayışdır. Daha əvvəl Sevastopol və Yevpatoriya şəhərində oxşar hadisələr baş verib.

Baş verən partlayışlar böyük panikaya səbəb olub. Krımı tərk edənlərin sayı artıb. 

***

Krım yarımadasının Yevpatoriya şəhərində partlayış olub.  “RBK Ukraina” bildirir ki, bu barədə “Krımın rəhbəri” Sergey Aksyonov məlumat verib.

O, itkinin olmadığını deyib.

Qeyd edək ki, bu, gün ərzində yarımadada baş vermiş ikinci partlayışdır. Daha əvvəl Sevastopoldakı Qara dəniz donanmasının qərargahının PUA ilə vurulduğu barədə məlumat verilmişdi.

***

Rusiya tərəfi Krım yarımadasındakı Sevastopol şəhərində yerləşən Rusiya donanmasının qərargahı yaxınlığında partlayışı təsdiqləyib. "Report” TASS-a istinadən bildirir ki, bu barədə ərazinin “qubernatoru” Mixail Razvojayev məlumat verib.

O, qərargahın PUA ilə vurulduğunu bildirib. Məlumata görə, itki yoxdur.

***

Krım yarımadasındakı Sevastopol şəhərində yerləşən Rusiya donanmasının qərargahı yaxınlığında partlayış baş verib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə görüntülər yayılıb.

Hazırda görüntülərlə bağlı məlumat dəqiqləşdirilir.