Menu

FHN şimal bölgəsindəki yanğınların gec söndürülməsinin səbəbini açıqlayıb

20.08.2022, 12:55
FHN şimal bölgəsindəki yanğınların gec söndürülməsinin səbəbini açıqlayıb

"Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır".

Bunu "Report"un Siyəzənə ezam olunmuş əməkdaşına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

"Hələ ki, ciddi təhlükə yoxdur. Siyəzəndə dağ silsiləsində təxminən 30-40 hektara qədər ərazi tüstülənir. Hazırda orada 300-ə yaxın canlı qüvvəmiz cəlb edilib".

"Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. Ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazidə yanğın izləri var", - o, əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol