Menu

Rusiya Avropaya az nəqlini dayandırır – “Təmirdən” sonra həcmdə azalma olacaqmı?

20.08.2022, 17:01
Rusiya Avropaya az nəqlini dayandırır – “Təmirdən” sonra həcmdə azalma olacaqmı?

Avropaya qaz nəql edən “Şimal axını”nın yeganə işlək turbini Trent 60 üç gün ərzində - avqustun 31-dən sentyabrın 2-dək texniki xidmət üçün bağlanacaq. Rusiyanın “Qazprom” şirkətinin yaydığı məlumata görə, bu müddət ərzində qaz nəqli dayandırılacaq.

Xatırladaq ki, bundan əvvəl “Şimal axını” iyul ayında planlı təmir işləri ilə əlaqədar 10 gün müddətinə tamamilə bağlanmışdı.

Qeyd edək ki, bu "təmirdən" sonra “Qazprom” kəmərlə qaz axınını 33 milyon kubmetrə qədər azaldıb. Bu, gündəlik layihə gücünün 20%-ni təşkil edir.

Qaz nəqlinin dayandırılması və daha sonra azaldılmasına səbəb kimi kompressor qurğusunun planlı təmiri səbəb göstərilib. Bundan əvvəl “Qazprom” Almaniyaya qaz tədarükünün azaldılmasını Kanadanın sanksiyalara görə təmir üçün Kanadada olan "Siemens" qaz turbinlərinin Rusiyaya qaytarılmasını əngəlləmək qərarı ilə izah edib.

"Siemens Energy"nin rəhbəri Kristian Bruçun sözlərinə görə, hazırda “Şimal axını” kompressor stansiyasında yalnız bir turbin işləyir, 100 faiz yüklənmə üçünsə beş turbin lazımdır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol