Menu

"RUS DÜNYASI"NIN İDEOLOQUNA SUİ-QƏSD CƏHDİ - Putinin baş məsləhətçisinin maşını partladıldı, qızı öldü + FOTO/VİDEO (Yenilənib)

21.08.2022, 18:30
"RUS DÜNYASI"NIN İDEOLOQUNA SUİ-QƏSD CƏHDİ - Putinin baş məsləhətçisinin maşını partladıldı, qızı öldü + FOTO/VİDEO (Yenilənib)

Moskva vilayətində Rusiyanın tanınmış politoloqlarından biri, "rus dünyası"nın əsas ideoloqu Aleksandr Duqinin qızının avtomobili partladılıb. Daria Duqina partlayış nəticəsində həlak olub.

Hadisə yerli vaxtla saat 21:35-də baş verib. İlkin məlumata görə, Daria hadisə yerində keçinib. Avtomobil partladıqdan sonra yol kənarındakı binaya çırpılıb. Avtomobilin qalıqları bütün yola səpələnib.

Müstəntiqlər ilkin ehtimal olaraq avtomobildə qaz balonunun partladığını güman etsələr də, daha sonra əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə bağlı versiyanı irəli sürüblər. Polis onun sui-qəsd qurbanı olduğunu ehtimal edir.

Rusiya KİV-ləri yazır ki, sui-qəsd əslində Duqinin özünə qarşı yönəlib. Amma o, son anda başqa maşına mindiyindən xilas olub.

Aleksandr Duqin partlayışın baş verdiyi yerə gəlib.

Qeyd edək ki, 30 yaşlı Daria Duqina "United World International”ın baş redaktoru idi. O, Böyük Britaniyanın sanksiyalar siyahısında idi.

Hazırda hadisə yerində mütəxəssislər və fövqəladə hallar xidməti fəaliyyət göstərir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.

Şərhlər

B.Qarabağlı 2022-08-24 13:10:17

Çerçəyini bilmədiyimiz mülahizələr, qərblə sövdələşib, MDB və ətrafını qarşı qoyan fiqurları gizlədir!

Camaat 2022-08-22 00:52:04

Növbədə bu Göygöz kosa olan qoca köpəkdir.

t.ədalət 2022-08-21 22:03:48

Rusiyada baş terrorçu Putindir.Güman ki Duqini bildiyi sirləri danışmamaq üçün belə cəzalandırıb.

Eli 2022-08-21 18:59:38

Bu dünyada gerek heç kim başqasına ölüm arzulamasın ,hetta düşmenine bele,çinki bir canlıya ölüm arzulayıb ve yaxud onu öldürmek canlını yaradana üsyan etmek demekdir.İndi gerek bu “Rus dünyasının” “ Filısofu,başbileni” Duqin ele emel sahibi olmalı id ki bele cezalandırımayaydı.İndi bu “filısof” Putin kimi bir gerizekalya qullyq edib başqa milletlerin haqqını yeyir ölkeleri dağıdıb milletleri mehv edirler bu da netice.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol