Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Zaporojye atom elektrik stansiyasını partlatmağa hazırlaşmır, o, növbəti dəfə Qərbə və Ukraynaya təzyiq göstərmək istəyir ki, ona siyasi güzəştlər etsinlər.
Bu fikri rusiyalı publisist Andrey Piontkovski səsləndirib («24 kanal»).
«Real olaraq, o, Zaporojye AES-i partlatmağa hazırlaşmır, heç olmasa ona görə ki, radiasiya buludunun dreyfi proqnoz edilməzdir. Bulud, həqiqətdə onun bunkerini «bürüyə» bilər» - o, qeyd edib.
Piontkovskinin sözlərinə görə, Qərb Putinə işarə edib ki, hətta taktiki nüvə silahının tətbiqinə sərt cavab verəcək.
«Bu yaxınlarda ona kifayət qədər aydın izah ediblər ki, əgər o, nüvə zərbəsi endirsə və ya taktiki nüvə silahından istifadə etsə, o zaman Qərb cavab verəcək. Rusiya sərt zərbə alacaq və zərbə şəxsən Putinə təsir edəcək. Bu halda onu öldürəcəklər».
AzPolitika.info


Şərhlər