Menu

Duqinanın qətlində şübhəli bilinən şəxs “Azov” alayının üzvü olub

22.08.2022, 16:48
Duqinanın qətlində şübhəli bilinən şəxs “Azov” alayının üzvü olub

Rusiyalı jurnalist və politoloq Darya Duqinin qətlində şübhəli bilinən Nataliya Vovkun Ukraynanın “Azov” alayının üzvü olduğu məlum olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Nataliya Vovkun vəsiqəsi rusiyalı hakerlərin əlinə keçib.

Vəsiqədə Nataliya Vovkun qızlıq soyadı Şaban kimi göstərilib.

Qeyd edən ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Darya Duqinanın qətlinin üstünün açılması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır.

D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər.

Qətl günü Vovk qızı ilə birlikdə Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olub və axşam saatlarında jurnalistin idarə etdiyi "Toyota Land Cruiser Prado" markalı avtomobildə idarə olunan partlayış törədib.

2022-ci il avqustun 21-də Vovk qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib.

Şərhlər

Mubariz 2022-08-22 20:54:19

Rusun FSB -si lap gülünc günə qalıb , xakerlər vəsiqə düzəldir , Natalya balaca qızını da götürüb ora gedir ,sonrada sakitcə çıxıb gedir , hələ RF -də olanda Putinkaya salam da göndərir ;; növbə sənindir ;; məzəniz olsun FSB-i ,amma bu cəfəngə zavallı qoca ruslar inanar

Isibaba 2022-08-22 20:46:38

Hahaha

Cəfər 2022-08-22 20:06:16

Bu Natalya RF-yə əməliyyata gedəndə cənab şültsun verdiyi xüsusi vəsiqəni də özüylə aparıb ki, fısıbı (FSB) onun şəxsiyyətini tez müəyyənləşdirsin?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol