Menu

“İran sərnişin təyyarəsi istehsalının bir addımlığındadır” - Rəisi

22.08.2022, 18:04
“İran sərnişin təyyarəsi istehsalının bir addımlığındadır” - Rəisi

İran sərnişin təyyarəsi istehsalının bir addımlığındadır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti İbrahim Rəisi deyib.

O bildirib ki, Müdafiə Nazirliyinin ekspertləri sərnişin təyyarəsinin hazırlanması prosesinin son mərhələsinə çatıblar.

Rəisi ekspertlərdən nəticə əldə olunana qədər güc və qüdrətlə bu yolu davam etdirmələrini xahiş edib.

Xatırladaq ki, İranın aviasiya parkı 40 ildən çoxdur ki, yenilənmir.

Şərhlər

Azər 2022-08-22 21:26:24

Hansı ağlı başında olan bu təyyarəyə minər?..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol