Menu

İran Rəşt-Astara dəmir yolunu prioritet hesab edir

22.08.2022, 22:04
İran Rəşt-Astara dəmir yolunu prioritet hesab edir

Rəşt-Astara dəmir yolunun reallaşdırılması hökumətin mühüm və prioritet layihələrindən biridir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidentinin birinci müavini Məhəmməd Müxbir Gilan əyalətinin başçısı və digər rəsmiləri ilə görüşdə deyib.

O bildirib ki, hökumət dəhlizin şimaldan cənuba olan hissəsinin sürətlə işə salınmasını istəyir. Belə olduğu halda ölkə beynəlxalq dəhlizlərin böyük faydalarından və tranzit gəlirlərindən qazanc əldə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol