Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə və Ukraynanın digər şəhərlərinə mümkün raket hücumlarına cavab olaraq nə edəcəklərini açıqlayıb.

UNIAN xəbər verir ki, o, bu barədə polşalı həmkarı Anjey Duda ilə birlikdə keçirdiyi mətbuat konfransında danışıb.

“Gündəlik olaraq təhlükə var. Biz qarşı tərəfin prioritelərini bilirik. Onlar infrastruktur obyektlərinə və ya dövlət qurumlarına zərbələr endirirlər. Rusiya bu zərbələrin sayını artıra bilər. Bizim üçün Kiyevin digər şəhərlərdən fərqi yoxdur. Kiyev vurularsa, cavab Xarkov və Zaporejyedə olduğu kimi olacaq. Qarşı tərəf güclü cavab alacaq”, - o bildirib.

"Krımı azad etmək üçün bütün səylərimizi davam etdirəcəyik" - deyə, Zelenski bildirib.

"Rusiyanın Ukraynaya və Ukrayna xalqına qarşı davranışlarına baxmayaraq, biz Krım uğrunda mübarizəmizi davam etdirəcəyik", - Zelenski söyləyib.

Onun sözlərinə görə, Krım Platforması yarımadanın gələcək taleyinin müzakirəsi və işğaldan azad edilməsi üçün ən uğurlu siyasi vasitədir.