Menu

QONDARMA “dxr” BAŞÇISININ OFİSİ VURULDU - Puşilin “etibarlı yerdə” gizlənibmiş + FOTOLAR

23.08.2022, 19:29
QONDARMA “dxr” BAŞÇISININ OFİSİ VURULDU - Puşilin “etibarlı yerdə” gizlənibmiş + FOTOLAR

Donetskdəki qondarma “dxr”-in başçısı, separatçı Denis Puşilinin oturduğu “administrasiya” binası raket zərbəsinə məruz qalıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıblar.

Hadisə yerindən yayımlanan foto və videolardan görünür ki, binanın üst mərtəbələri dağılıb və yanğın baş verib. Puşilin özü həmin vaxt binada olmayıb və Rusiya mətbuatı separatçıların başçısının “etibarlı yerdə” gizləndiyinə dair xəbər yayıb. Daha sonra Puşilin özü həmin binanın qarşısında videomüraciətlə çıxış edib.

Xaqtırladaq ki, Ukrayna Ordusunun ABŞ-dan aldığı “HİMERS” sistemləri müharibənin gedişinə ciddi təsir göstərib. Bu sistemlər vasitəsilə atılan mərmilər və raketlər uzun məsafədəki hədəfləri dəqiqliklə vura bilir.

“AzPolitika.info”     

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol