Menu

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı - Avropa Liqasında davam edəcək

24.08.2022, 00:47
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı - Avropa Liqasında davam edəcək

Azərbaycan çempionu “Qarabağ” Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı “Qarabağ” açıb. Filip Ozobiç 39-cu dəqiqədə fərqlənib.

Bununla belə, “Viktoriya” 58 və 73-cü dəqiqələrdə vurduğu iki qolla qalib gəlib.

Bu nəticə ilə Çexiya çempionu mübarizəni Çempionlar Liqasının qrup mərhələsində, “Qarabağ” isə Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. 

***

Azərbaycan çempionu “Qarabağ” Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) ilə üz-üzə gəlir.

Meydan sahibləri hesabda önə çıxıblar.

Qarşılaşmanın 73-cü dəqiqəsində Kliment “Viktoriya”nın ikinci qolunu vurub.

00:15

Azərbaycan çempionu “Qarabağ” Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) ilə üz-üzə gəlir.

Qarşılaşmada daha bir qol vurulub.

Matçın 58-ci dəqiqəsində Kopiç meydan sahiblərinin cavab qoluna imza atıb. 

***

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 38-ci dəqiqədə Filip Ozobiç əla qolla "köhlən atlar"ı önə çıxarıb.

***

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, "Dusan Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Qarşılaşmanı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol