Menu

Kəmaləddin Heydərov generalı rəis təyin etdi

24.08.2022, 22:37
Kəmaləddin Heydərov generalı rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.

“AzPolitika” “Unikal”a istinadla xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb.

Şərhlər

pensioner 2022-08-25 08:56:50

Polkovnik təyin olundu ki,ona da general verilsin.İlahi, əl boyda respublikada nə qədər general olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol