Menu

Bayden Zelenskiyə zəng edəcək

24.08.2022, 23:08
Bayden Zelenskiyə zəng edəcək

ABŞ Prezidenti Cozef Bayden avqustun 25-də Ukrayna lideri Volodimir Zelenskiyə zəng edəcək.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi qeyd edib ki, ABŞ Prezidenti Vaşinqtonun Kiyevə hərbi yardımının gedişatı barədə məlumat verəcək.

Ukraynaya silah tədarükünün mümkün vaxtı barədə Kirbi qeyd edib ki, artıq onlardan bəziləri anbarlarda var, bu səbəbdən onların alınması və çatdırılması tələb olunmayacaq.

Bundan əvvəl Bayden Ukraynaya 2,98 milyard dollarlıq hərbi yardım paketi elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol