Menu

Oğuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb

25.08.2022, 09:54
Oğuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Oğuz rayonunda dağlıq ərazidə baş verən yanğın söndürülüb.

"Report"un əldə etdiyi məlumata görə, yanğın avqustun 24-də rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisindəki yüksək dağlıq ərazidə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Gecə saatlarında yanğın söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol