Menu

ABŞ dövlət katibi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib

25.08.2022, 10:06
ABŞ dövlət katibi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib

ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edib.

“Report” xəbər verir kİ, bu barədə Departamentin məlumatında deyilir.

Filip Riker bu vəzifədə Endryu Şoferi əvəz edəcək. O, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa kömək edəcək, həmçinin Cenevrə beynəlxalq müzakirələrində Gürcüstandakı münaqişə üzrə ABŞ nümayəndə heyətindən danışıqları aparan aparıcı şəxs olacaq.

Səfir Riker Avropada və beynəlxalq təşkilatlarda geniş iş təcrübəsinə malikdir. Daha əvvəl ABŞ-ın Böyük Britaniyadakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.

Şərhlər

t.ədalət 2022-08-25 12:30:29

ABŞ,görünür,Qafqazda da barmağını işlətmək istəyir..

B.Qarabağlı 2022-08-25 10:39:49

ABŞın dəyərli Qafqaz Məsləhətçisi Cənab Filipp Richer, DQMV süni siyasi münaqişəsini BMT TŞnın qətnaməsi üzrə qovulmuş minlərlə azərbaycanlı ailələrini operativ-təhlükəsiz öz doğma evlərinə qaytarmaq əvəzinə diplomat MQ danışıqları ilə işğalı daha otuz il uzadıblar? Soyqırım-işğal cinayətkarlarını da mühakimə-məhkəmə qarşısında toxunulmaz ediblər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol