Menu

Latviyada etnik rusları cəmiyyətdən təcrid etmək istəyirlər

25.08.2022, 20:55
Latviyada etnik rusları cəmiyyətdən təcrid etmək istəyirlər

Latviya Prezidenti Eqils Levits bəyan edib ki, Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı təcavüzündən sonra, onun ölkəsində vətəndaşlar daha vətənpərvər olublar və həm də azadlığın qiymətini anlayıblar.

Bu barədə onun «Latviya radiosu»na müsahibəsində söhbət açılır.

Levitsin fikrincə, Ukraynada müharibə onun ölkəsini həm də Rusiyanın iştirakına daha «həssas» edib. Məsələn, vətəndaşlar Rusiya abidələrini xeyli ağrılı qəbul edirlər.

Prezident qeyd edib ki, fevralın 24-dən sonra Latviya cəmiyyətində həm müsbət, eləcə də neqativ təzahürlər meydana gəlib. «Bəli, latışlar öz ölkələrində azadlığın qiymətini yaxşı dərk etməyə başlayıblar. Gündəlik siz, təhlükə barədə az fikirləşirdiniz, amma indi onu görürsünüz. Bu, insanları fikirləşməyə məcbur edir. Digər tərəfdən, neqativ effekt ondan ibarətdir ki, Rusiya cəmiyyətinin dövlətə qeyri-loyal olan hissəsi meydana çıxıb. Bizim vəzifəmiz bunu aydınlaşdırmaq və cəmiyyətdən təcrid etməkdən ibarətdir» - Prezident yekunlaşdırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol