Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.
Bu barədə Prezident İlham Əliyev tviter səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Bu gün, avqustun 26-da biz Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
— İlham Əliyev (@azpresident) August 26, 2022
Yaşasın Laçın!
Yaşasın Azərbaycan!

Şərhlər
Eşq oisun! Turk dünyasına doğru daha bir addım.
Bu gün bizim 30 ildən sonra Laçına qayıdış günümüz. Çoxlarımız ağladıq bu gün. Amma sevincden qürurdan ağladıq bu gün. Bir torpağı qaytarmaq üçün, çox toplar tüfənglər atıla bilər o yerlərə. Amma bizim olmaz. Bizim onda olar ki, igid oğullarımızın çekmeleri iz salsın o yerlərə. Bu günkü kimi. O ki qaldı sevinməyimizə, ne qeder sevinirikse bir o qeder de kədərliyik. Ona görə kədərliyik ki, ne qeder o yerlerdən olan insanlarımız Laçın deye-deye köç etdilər bu dünyadan. İndi o kəndlərdən az adamlar qalıb. Odur ki de neçə ki onlar da tükənməyib biz Laçının elini qaytarmalıyıq o yerlərə. 44 günlük qələbədən sonra il yarımlıq gedişat onu göstərir ki, biz bu məsələdə gecikirik . Çünki, qayıdış üçün o yerlərdə quruculuq tək devletle olmaz. Dəfələrlə metbuatda yazmışıq bu barə də. Ki, öncə bütün güc ərazilərin minalardan təmizlənməsinə qoyulmalı, sonra salınacaq kəndlərin yeri və əhalisi müəyyənləşməli, oraya qayıdacaq insanlara ev tikmək üçün həyətyanı sahə, evini tikmək üçün isə kredit verilməlidir (söhbət etdiyimiz əksər qaçqının fikridir bu). Bu yolla bütün bir milyon qaçqını qaytarlmış torpaqlarda həyatın qıssa zaman kəsiyində canlandırılması üçün ellikcə quruculuq işlərinə səfərbər etmək lazımdır. Sonradan evini tikən qaçqının isə, komissiyanın qərarı ilə krediti silinməlidir. Bununla paralel kənardan məşqulluq üçün onlara kənd təsərrüfatı təyinatlı torpaqlardan da pay ayrılmalıdır. Dövlət isə yalnız infrasteruktur layihələrin gerçəkləşməsi ilə məşqul olmalıdır. Yəni biz maksimum səviyyədə dövlətlə əl -ələ verib qıssa zaman kəsiyində qayıdışla bağlı hədəfimizə ulaşmalıyıq. Bu həm də siyasi məsələdir. Bizim orada sakinlərimizlə varlığımız çox duşmanlarımızın ağzını yumacaq ve niyyetlerini gözlerinde qoyacaq. Bir daha gözümüz aydın. Allahdan o torpaqlar üçün canlarını feda etmiş şəhidlərimizə rəhmət, Ali Baş Komandan başda olmaqla qazilərimizə və əsgərlərimizə də can sağlığı diləyirik. Vətən sizlərə minnetdardır! Unutmayın ki, bu vətənin Sizlərə ən böyük mükafatdır.
Bəh Bəh Bəh Bəh Bəh ALLAH PREZİDENTİMİZ İLHAM ƏLİYEVİ QORUSUN, ALLAH ƏSGƏRLƏRİMİZİ QORUSUN, ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN. ALLAH ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVƏ QƏNİ QƏNİ RƏHMƏT ELƏSİN RUHU ŞAD OLSUN. BU GÜNƏ MİN ŞÜKÜR. BU GÜNÜ BİZƏ YAŞADAN PREZİDENTİMİZƏ ALLAH CANSAĞLIĞI UZUN ÖMÜR VERSİN
Laçının azad edilməsi ermənilərin məğlub olması deməkdir.Laçın bizim qələbəmiz və sevincimizdir.Elə edək ki,qəhrəmanlıqlar qalası olan Şuşanı musiqi şəhərinə çevirdiyimiz kimi,Laçını da iyrənc müğənnilərin səsi ilə murdarlamayaq.
ÇOX ŞÜKÜR ALLAHA