Menu

NAZİR MÜAVİNİ VƏFAT ETDİ - General-leytenant idi + FOTO

26.08.2022, 23:37
NAZİR MÜAVİNİ VƏFAT ETDİ - General-leytenant idi + FOTO

Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov dünyasını dəyişib. “Report”un məlumatına görə, o, bu gün vəfat edib.

Fövqəladə Hallar Nazirliyindən N.Məmmədovun ölüm xəbərini təsdiqləyiblər.

Nazim Məmmədov 8 oktyabr 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.

Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışıb. 1999-cu ildə isə "Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 2007-cı ilin dekabrından 2022-ci ilin yanvarına qədər Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olub.

Ailəlidir, 3 övladı var.

Allah rəhmət eləsin!

Şərhlər

Kərəm 2022-08-29 20:03:06

Bə bunun ölwm səbəbii niyə qeyd olunmur...

Miri 2022-08-27 12:20:44

Düşürsə Allah rəhmət eləsin. ....

Vəli 2022-08-27 11:31:42

"Təfəkkür" deyilən Unversitetin adı gələndə verdiyi "təhsilə" görə hamını gülmək tutur. Amma sən demə bu "uşqol" hətda nazir müavini və general da yetişdirirmiş. Əmma....Əmması odur ki, " Böyük torpaqda" dogulasan və Kamal müəllimə yaxın olasan..Qalanı təfərrüatdır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol