“Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.
H. Hacıyev bunun ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini bildirib: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Çünki bu ölkələrə görə münaqişə hələ bitməyib”.
O qeyd edib ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib: "Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".


Şərhlər
BMT TŞnın operativ həll qətnaməsinə uyğun milyonlarla azərbaycanlı ailələrinin daşnaq deportu və soyqırım terroru ilə yerlə yeksan edilmiş insan haqqlarının bərpasından danışın! Yuxarı Qarabağdakı daşnak qalıqları hazırda hansı maliyyə hesabına yaşayırlar və niyə öz deportlarına adekvat Ermənistana, münaqişəninin birbaşa, birdəfəlik həlli naminə göndərilmir?