Menu

Liviyada baş verən silahlı toqquşmalarda ölənlərin sayı artıb

28.08.2022, 14:51
Liviyada baş verən silahlı toqquşmalarda ölənlərin sayı artıb

Liviyanın paytaxtı Tripolidə baş verən silahlı toqquşmalarda ölənlərin sayı artıb. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd olunub ki, Tripolidə iki silahlı qrup arasında baş verən toqquşmalarda ölənlərin sayı 23-ə, yaralıların sayı isə 140-a çatıb.

ABŞ-ın Tripolidəki səfirliyi qeyd edir ki, paytaxtda mülki əhalinin ölümü ilə nəticələnən şiddətli toqquşmalardan dərin narahatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol