Menu

NAZİR GENERAL-LEYTENANTI FHN-dən UZAQLAŞDIRDI - Yerinə general-mayoru təyin etdi

28.08.2022, 19:14
NAZİR GENERAL-LEYTENANTI  FHN-dən UZAQLAŞDIRDI - Yerinə general-mayoru təyin etdi

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

"Azpolitika.info"  "manset.az"-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə FHN-in Bakı Regional İdarəsinin rəisi general-mayor Etibar İsmayılov təyin edilib. FHN-in Bakı Regional İdarəsinin rəisi vəzifəsinə isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, Qərərgah rəisi general Məhərrəm Həsənov təyin olunub.

Şərhlər

qulu 2022-08-29 15:49:56

Bizdə hər üç hərbiçidən biri genaraldır ya da polkovnikdir,generalissimus ya da marşal icazə verilsəydi dəqiq bizdə olacaq.

Rasim Quliyev 2022-08-28 21:23:22

FHN en cox general bir sual veren yoxdu ki, Siz kabinetde oturub neynirsiz

Arif 2022-08-28 19:44:06

Rəsmi sənədlərdə general yazılır. Əslində general paltarı geyinmiş şəxslərdir, Bəzilləri hətta hansısa tində fəaliyyət göstərən geydirmə universitetin diplomunu alıb özünü "ali təhsilli" edib. Heç vaxt döyüş görməyən, döyüş şəraitində barıt iyini hiss etməyən "generallar".

Teymur 2022-08-28 18:35:48

Hər kəs generalların sayı barədə danışır. FHN və Vergilər Nazirliyində hərbi sistemi yıgışdırmaq lazımdır. Vergi hara general hara ? Yəqinki cənab Ali baş komandana bu siqnallar çatır. O, mütləq tədbir görəcək. İnanın ki, tədbir görəcək .

Roma 2022-08-28 16:28:38

Görəsən bu qədər GENERALIN qabağında dayanan olarmı və ya bu qədər də general olarmı???...

Vətəndaş 2022-08-28 16:03:19

Şahmr hansı qəhrəmanlığına.şücaiətinə görə General özü də general-leytenant olub? Bnlar bir birləri ilə rüşvət oyunu oynayıb vəzifə,çin alırlar.Buna son qoyulacaqmı? Hələ bunlara yüksək pensiya da təyin olunur.Dəhşətli bir zamanda yaşmağa məcbur edilmişik.

Eli 2022-08-28 15:43:10

Deyirem maşallah bizde “üniversal” qabliyyetli generallar coxdur,hansı sahe ,hansı vezife olmasına baxmayaraq “ yaradırlar” bu generallar ,ancaq bunların bir çoxunun iki üç deqiqe danışığına qulaq assam adam dehşete gelir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol