Elm və Təhsil naziri Emin Əmrullayev bu günlərdə Bakı şəhərində yerləşən məktəblərin direktorları ilə görüş keçirib. Görüşdə iştirak edən direktorlardan biri “Yeni Sabah”a həmin görüşlə bağlı maraqlı məlumat verib.
Bildirib ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib: “Nazir dedi ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər”.
Mənbə bildirib ki, nazirin bu görüşü Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva səfərdə olarkən keçirilib. Xəbərə görə, Mehriban Vəliyeva idarənin sektor müdiri, “direktor təyinatı kralı” Fuad Babayevlə öz təyin etdirdiyi direktorları və bir qrup müəllimi Finlandiyaya aparıb.
Digər məlumata görə isə Bakı Təhsil l İdarəsinin əsas gəlir mənbəyi olan bir sıra səlahiyyətlər alınaraq nazirliyə verilib. Bura məktəbəhazırlığa qəbul, baxçalara qəbul, 1-ci siniflərə qəbul, direktor və direktor müavinlərinin yerdəyişmələri, məktəblərin təmiri və digər qərarverici işlər daxildir. Belə görünür ki, Mehriban Vəliyevanın kənarlaşdırılması üçün bütün addımlar atılıb və yaxın günlərdə onun Xəyalə Əhmədzadə ilə əvəzlənməsi nəzərdə tutulur.
Nazirin direktorlarla görüşünün maraqlı məqamlarından biri də budur ki, həmin görüşdə nazirlikdə orta təhsili kurasiya edən Muxtar Məmmədov da iştirak etməyib. Nazirlə Muxtar Məmmədov arasındakı soyuq münasibətlər artıq açıq müstəviyə keçib.

Şərhlər
DEməli bilir ki,məktəb təhsil vermir.O zaman bu nazirliyin işi nə?....
DIM-in qərəzli fəaliyyəti araşdırılsın--o xanım neçə nazir yola salıb--özünü süddən çıxmış qaşıq hesab edir--ama elə deyil--məlumat toplayıram
Yaxşı ay cənab "nazir" bəs sənin orada nə işin var ? sən bundan başqa nəsə bilirsənmi ?
Birincisi əgər doğurdan da belə bir ifadə işlədibsə zənnimcə bu öz peşəsinə vicdanla yanaşan,dərsini normal tədris edən minlərlə müəllim ordusuna hörmətsizlikdir
İkincisi,siz əvvələc müəllimə normal maaş verin sonra dərs tələb edin.....
Bilirsiz, bes ne edirsiz?
Bes seni o vezifeleye niye goyullar isdiyenmirsense
Emrullayev bacara bilmir.cunki mekteb direktorlarinin ekseriyyeti ya icra bascilarinin ya da deputatlarin heyat yoldasi ve qohumlaridi.eger onlardan birini isden azad etse o deqiqe milli meclisin iclasi olan kimi hemin deputatalar tehsil nazirliyini topa tutacaq bizde deyeceyik ki aferin deputata xalqi dusunur.
Tamamilə düzdü- məktəblərdə heç ders keçirilmir, 11-ci sinifdə ümumiyyetle dersler slfir. Müellimler boş boşuna maaş alır.
ƏGƏRR MƏKTƏBLƏR TƏHSİL VERMİRSƏ 2 İLDƏN BİR SERTİFİKASİYA OYUNU CECİRİLİRSƏ CƏNAB NAZİR MƏMURLAR NƏ ÜCÜN YERİNDƏDİR.
Guya məsə dəyişəcək? İnanmaq sadəlövhlük olar.TƏHSİL ÜÇÜN DÖVLƏT PROQRQMI OLMALI VƏ YERİNƏ YETİRİLMƏLİDİR.Böyük yenilənmələr olmalı,təhsil pulsuz və rüşvətsiz olmalıdı.
Emin Əmirullayevin çıxışı Azərbaycanda təhsil sistemini dağıtmağa hesablanıb...
Belə nazirləri işdə saxlamağına dəyir ya yox? ....