Menu

"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

28.08.2022, 22:34
"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub. "Report"un məlumatına görə, turun son matçında "Qəbələ" "Sabah"ı qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən mərkəzi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisindən qolları 48-ci dəqiqədə Davit Volkov və 64-cü dəqiqədə Coy Lens Mikels vurublar.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Sabah" vahid lider olub. "Qəbələ" isə 9 xalla 3-cü pillədə qərarlaşıb. 1 oyun az keçirən "Qarabağ"ın da 3 xalı var.

Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" evdə "Zirə"ni 2:1, "Səbail" "Kəpəz"i 4:1, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə yenib. "Sumqayıt" - "Turan Tovuz" matçı isə qolsuz yekunlaşıb - 0:0.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol