Noyabrın 10-da ABŞ prezidenti Barack Obama Pekinə gəlib.
Obama noyabrın 10-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində ABŞ-Asiya münasibətlərinə dair çıxış edəcək. O, həmçinin Asiya liderləri ilə nahara, Pekin Milli Akva Mərkəzində atəşfəşanlığa qatılacaq.
Çinə üç günlük səfəri ərzində Obama Çin prezidenti Xi Jinping-lə görüşəcək. Dünyanın ən güclü iki iqtisadiyyatının lideri jurnalistlərin suallarını da cavablandıracaq.
Noyabrın 12-də Obama Myanmara gedəcək.
Obamanın səfərində məqsəd ABŞ-ın Asiyada təsirini gücləndirməkdir. /AzadlıqRadiosu


Şərhlər