Menu

"Rusiya ilə müharibədə artıq dönüş yaranıb" - General izah edib

29.08.2022, 00:28
"Rusiya ilə müharibədə artıq dönüş yaranıb" - General izah edib

Rusiya ilə müharibədə artıq dönüşün yarandığını gpstərən ilkin təzahürlər qeydə alınıb. Bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş başçısı general Nikolay Malomuj bildirib.

Bu barədə o, «Freedom» telekanalının efirindən danışıb.

Onun sözlərinə görə, təcavüzkar artıq çoxdan dəqiq anlayır ki, irəli hərəkət etmək üçün onun imkanları olmayacaq: “Rusiyalılar nə şərq, nə də cənub istiqamətlərində irəliləyə bilməyəcəklər. Ayrı-ayrı hissələrdə (yarım kilometr - kilometr) onlar hələ irəliləyirlər, bundan sonra perspektiv yoxdur”.

O, həm də qeyd edib ki, düşmən öz resurslarını tükəndirib, vəziyyəti dəyişmək üçün hətta «gizli» səfərbərlik də kömək etməyəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol