Menu

Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən 3 nəfər həbs olunub

29.08.2022, 10:50
Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən 3 nəfər həbs olunub

Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

Onun sözlərinə görə, Bərdə rayonunda yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

Qeyd edək ki, Bərdədə 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar.

Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Şərhlər

t.ədalət 2022-08-29 13:06:50

Son vaxtlar Bərdə rayonunda baş verən belə cinayətlər narahatlıq yaradır.Əvvəllər Bərdədə belə hadisələr yox idi....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol