Menu

Britaniyanın yeni səfirinin Bakıya gələcəyi vaxt bəlli olub

29.08.2022, 12:29
Britaniyanın yeni səfirinin Bakıya gələcəyi vaxt bəlli olub

Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Ferqus Old Obenin Bakıya gələcəyi vaxt bəlli olub.

APA xəbər verir ki, Britaniyalı diplomat avqustun 30-da Azərbaycana gələcək.

Qeyd edək ki, Ferqus Old Obe səlahiyyət müddəti bitən Ceyms Şarpı əvəz edəcək.

Ferqus Old Obe daha əvvəl Britaniya XİN-də Cənubi Asiya Departamentinin rəhbəri və Hindistan üzrə koordinator postunda çalışıb.

O, müxtəlif illərdə Britaniya XİN-də İstedad, Müxtəliflik, Öyrənmə və İnkişaf Departamentinin rəhbəri, Beynəlxalq Ekstremizm Departamentinin rəhbəri, eyni zamanda Moskvada müşavir və Yeni-Dehlidə Britaniya səfirliyində İqlim Dəyişikliyi və Enerji Bölməsinin rəhbəri postlarında çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol