Menu

Küçədə qadını bıçaqlayıb qaçan şəxs tutulub

30.08.2022, 14:35
Küçədə qadını bıçaqlayıb qaçan şəxs tutulub

Bakıda küçədə qadını bıçaqlayaraq avtomobillə hadisə yerindən qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, paytaxtın Yasamal rayonunda tanışı olan qadını bıçaqlayaraq avtomobillə hadisə yerini tərk edən şəxsin kimliyi müəyyənləşdirilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

Yaxınlıqdakı xəstəxanaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə zamanı qadına 9 bıçaq zərbəsi vuran naməlum şəxs "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol