Menu

Müqtəda əs-Sədr parlament binasını tərk etmək üçün tərəfdarlarına 1 saat vaxt verib

30.08.2022, 14:45
Müqtəda əs-Sədr parlament binasını tərk etmək üçün tərəfdarlarına 1 saat vaxt verib

Müqtəda əs-Sədr İraqın paytaxtı Bağdada davam edən iğtişaşlar fonun da tərəfdarlarına çağırış edib.

APA TASS-a istinadən xəbər verir ki, dini lider tərəfdarlarından Bağdadın hökumət məhəlləsini, o cümlədən parlament binasını tərk etməsi üçün 1 saat vaxt verib.

Müqtəda əs-Sədr əks halda yaratdığı Sədr hərəkatını tərk edəcəyini deyib. O, İraq xalqından da üzr istəyib.

Xatırladaq ki, İraqda iğtişaşlar Müqtəda əs-Sədr siyasətdən getməsi ilə bağlı açıqlama verməsindən sonra başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol