Menu

Sumqayıtda hoteldə partlayış olub - Yaralananlar var

30.08.2022, 20:15
Sumqayıtda hoteldə partlayış olub - Yaralananlar var

Sumqayıt şəhərində hoteldə partlayış olub.

"Report" xəbər verir ki, hadisə "SunSet" hotelində qeydə alınıb.

İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda nazirliyin əməkdaşları əraziyə cəlb edilib: "Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub".

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol