Menu

“Hər iki qardaş ölkəyə yeni qələbələr və uğurlar arzulayıram" - Kərim Vəliyev

30.08.2022, 21:05
“Hər iki qardaş ölkəyə yeni qələbələr və uğurlar arzulayıram" - Kərim Vəliyev

"100 il əvvəl qazanılmış bu şanlı qələbə Türkiyə tarixinin ən şanlı qələbəsindən biridir. İki qardaş ölkə arasındakı münasibətlər bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində inkişaf edir”.

Bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust - Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən söyləyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında mədəni, dini, tarixi əlaqələr hərb sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar yaradır: “Bu birlik regionda sabitliyin və əmin-amanlığın qorunmasına xüsusi töhfə verir”.

“Hər iki qardaş ölkəyə yeni qələbələr və uğurlar arzulayıram”- deyə Kərim Vəliyev bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol