Menu

“Ankaranı F-35 alıb-almaması narahat etmir” - Türkiyə lideri

31.08.2022, 09:00
“Ankaranı F-35 alıb-almaması narahat etmir” - Türkiyə lideri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində Zəfər Gününə həsr olunmuş təntənəli konsertdə iştirak edib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, konsertdən əvvəl çıxış edən Türkiyə dövlət başçısı F-35 döyüş təyyarələrinin tədarükü məsələsinə toxunub:

“Amerika Yunanıstana bizə vermədikləri F-35-ləri təklif etməklə Rusiyanın hava hücumundan müdafiəsinin bu təyyarələrlə eyni sistemdə olmasına yol açdı. Ankaranı ona (ABŞ - Red) F-35 verib-verməməsi narahat etmir. Bizə verilməyən istənilən məhsulu istehsal etməyə qadirik”-deyə, o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol