Menu

"Şimal axını ilə tədarük tamamilə dayandırılıb" - “Qazprom”

31.08.2022, 10:46
"Şimal axını ilə tədarük tamamilə dayandırılıb" - “Qazprom”

“Şimal axını” (“Nord Stream-1” – red.) qaz kəməri ilə Rusiya qazının tədarükü tamamilə dayandırılıb. Bu gün Portovaya kompressor stansiyasında işlək vəziyyətdə qalan yeganə qaz vurma qurğusunda təmirə başlanılıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Rusiyanın “Qazprom” şirkətinin məlumatında bildirilir.

““Şimal axını” ilə tədarük tamamilə dayandırılıb və bu gün qaz vurma qurğusunda planlı-xəbərdaredici işlərə başlanılır”, - məlumatda deyilir.

Qeyd edək ki, “Nord Stream-1” Baltik dənizinin dibi ilə keçən Rusiya və Almaniya arasında magistral qaz kəmərinin bir hissəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol